Türkmənistan rəhbərliyi İran təyyarəsinin enişinə icazə vermədi
12.07.2021
Türkmənistanın uçuşdan imtina etməsi səbəbindən Özbəkistana uçan "Zagros” sərnişin təyyarəsi Daşkəndə çata bilməyib.
"Vestnik Kavkaza” xəbər verir ki, göyərtəsində 170 sərnişin olan təyyarə Türkmənistan tərəfinin gözlənilmədən ərazisi üzərində uçuş icazəsini ləğv etdiyi üçün İrana qayıtmaq məcburiyyətində qalıb. İranda turistlər yeni bir problemlə qarşılaşıblar - pasportlarında yalnız ölkəni tərk etmək icazəsi olduğu üçün təyyarədən düşə bilməyiblər.
İranda vəziyyəti təyyarənin ABŞ sanksiyaları (beynəlxalq bank sistemi vasitəsilə xarici valyuta köçürməsi ilə əlaqədar) səbəbiylə uçma haqqını ödəməməsi ilə əlaqələndiriblər.