“Aeroflot”dan Azərbaycana qərəzli yanaşma
12.07.2021
Moskvadan Bakıya uçuş edən "Aeroflot” Hava Yolları Azərbaycan ərazisinin adını düzgün qeyd etməyib.
Bu barədə Rusiyadan ölkəmizə uçuş edən həmyerlimiz məlumat verib.
Həmyerlimiz qeyd edib ki, uçuş xəritəsində Qarabağa nəzər yetirəndə "sürprizlə" qarşılaşıb:
"Xankəndinin adı Stepanakert kimi qeyd olunub. Bununla bağlı təyyarə bələdçisini çağıraraq etirazımı bildirdim. Mənə dedilər ki, xəritə hələ yenilənməyib. Təkrar bildirdim ki, Xankəndidən başqa bütün rayonlarımızın adları düzgün qeyd olunub. O zaman mənə dəftər verərək, şikayətimi yaza biləcəyimi dedi. Təəssüf ki, bu xəritəni təyyarənin enməsinə 15 dəqiqə qalmış gördüm və şikayəti yalnız 2 nəfər yaza bildi”.
Qeyd edək ki, "Aeroflot” Rusiyaya məxsus ən böyük hava yolları şirkətidir.