ABŞ-ın 2020-ci il HƏDƏFİ - AÇIQLANDI
09.08.2018
Kosmos bir vaxtlar sülhsevər rəqabətdən uzağa düşüb, indi böyük və mübahisəli bir durum yaranıb. Kosmosda rəqabət artır. Çin və Rusiyadan təhdidlərin artdığı bir vaxtda ABŞ hakimiyyətini zəmanət altına almalıdır.
"Dövran Media" xəbər verir ki, bu sözləri ABŞ vitse-prezidenti Mayk Pens bildirib.
Pens Silahlı Qüvvələrin VI qolunun yaradılması ilə bağlı 2020-ci ildəki hədəflərini açıqlayıb:
"Silahlı Qüvvələrimizin tarixində növbəti böyük tarixi yazmağın vaxtı gəldi. Növbəti döyüşə hazırlaşmaq, ölkəmiz və xalqımıza qarşı yeni təhdidlərin üstəsindən gəlmək üçün Amerikanın ən yaxşı və cəsarətli insanlarını vəzifəyə çağırmaq lazımdır. Prezidentin dediyi kimi, kosmosda varlığımız yetərli deyil, orada hakimiyyəti də təmin etməliyik və bunu edəcəyik", - Pens qeyd edib.