Çin ordusunu Əfqanıstana yeritməli olacaq - Çan
12.07.2021
Amerika hərbçilərinin Əfqanıstandan çıxarılması fonunda Çinin öz ordusunu bu ölkəyə yeritməklə bağlı imkanı yaranıb.
DM xəbər verir ki, bu sözləri "Foks Nyus”a müsahibəsində amerikalı ekspert Qordon Çan deyib.
Onun sözlərinə görə, Çin üçün Əfqanıstan tapmacanın vacib hissələrindən biridir.
O, bunun sayəsində Çin hərbçilərinin İran və ya Pakistan vasitəsilə Ərəbistan dənizinə giriş imkanı yaranacağını bildirib.
Çan Əfqanıstanda Çinin böyük investisiyalarının olmasına rəğmən, onun uğursuzluğa düçar olacağını söyləyib:
"Güman edirəm ki, onların Əfqanıstanda öz hədəflərinə çatmaq şansları bizdən çox olacaq. Bu o demək deyil ki, o, uğur qazanacaq. Mən düşünürəm ki, onlara sadəcə çox zaman lazım olacaq ki, uğursuzluğun öhdəsindən gələ bilsinlər”.
Ekspert Əfqanıstanda Çin hökumətini təbii resursların da maraqlandırdığını söyləyib:
"Yekunda bu, Pekinə yox, Kabilə fayda gətirə bilər. Sonuncunun Çin üzərində daha çox rıçağı yaranacaq. Ona görə ki, infrastruktur yaratdıqdan sonra siz onu müdafiə etməli olacaqsınız”.