Kanal İstanbul nə zaman istifadəyə veriləcək?
12.07.2021
Tender prosesindən sonra hazırlıq 1 il, inşaat işləri isə təxminən 5 il davam edəcək.
DM xəbər verir ki, bu sözləri Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu Kanal İstanbulla bağlı açıqlamasında deyib.
"Kanal İstanbulun inşa ediləcəyi ərazidə meşə sahəsi yoxdur. Kanalın uzunluğu 45 km, dərinliyi 20,75 metr olacaq. Kanalın genişliyi isə müxtəlif yerlərdə 360-600 metr arasında dəyişəcək”, - deyə nazir bildirib.