İngiltərənin baş məşqçisi məğlubiyyət səbəbkarını AÇIQLADI
12.07.2021
İngiltərənin baş məşqçisi Qaret Sautqeyt İtaliyaya qarşı AVRO-2020-nin finalında penalti vurmaq üçün futbolçuları komandası ilə məsləhətləşmədən təyin edib.
DM xəbər verir ki, bu barədə o, mətbuata açıqlamasında deyib.
Məşqçi qeyd edib ki, ingiltərəli futbolçular keçən mövsümdə ən yüksək səviyyədə çıxış etdikləri üçün doğma "Uembli”ni başlarını dik tutaraq tərk edirlər. Ancaq məşqçinin özünün də dediyi kimi, "məğlub olmaq çox ağırdır, xüsusən də qələbə bu qədər yaxın olanda”.
"Penalti vuranların siyahısı mənim qərarımdır, onları mən müəyyənləşdirdim”, - deyə o bildirib.
Qeyd edək ki, İngiltərə millisi AVRO-2020-nin finalında 11 metrlik zərbələrdə İtaliyaya məğlub oldu. Əsas və əlavə olunmuş vaxtda hesab 1:1 idi, lakin penaltilər seriyasında italyanlar 3:2 hesabı ilə qalib gəldilər.