Tacikistan prezidenti ölkəmizə SƏFƏRƏ GƏLDİ
09.08.2018
Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon bu gün Azərbaycana rəsmi səfərə gəlib.
"Dövran Media" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.