Baş pediatrdan uşaqların vaksinasiyası ilə bağlı AÇIQLAMA
09.07.2021
"Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən altı peyvənd təsdiqlənib. "Pfizer” peyvəndi də 12 yaşdan yuxarı uşaqlara vurula bilər”.
DM-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov bildirib.
Onun sözlərinə görə, "Pfizer” vaksini rahatlıqla uşaqlara vurula bilər:
"Hazırda digər vaksinlərin uşaqlara tətbiqi ilə bağlı araşdırmalar gedir. Yaşı 12-dən yuxarı və risk qrupuna aid uşaqlara COVID-19-a qarşı vaskinin vurulması tövsiyə olunur”.