Ceyhun Bayramovdan diplomatlara təbrik
09.07.2021
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov diplomatların peşə bayramı ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda deyilir:
"Dövlətimizin maraqlarının, xalqımızın milli varlığının qorunmasında, böyük Qələbəmizin siyasi əsaslarının təmin edilməsində Azərbaycan Prezidentinin müəyyən etdiyi siyasi xətti icra edən fədakar diplomatlarımızı peşə bayramı günü münasibətilə təbrik edirəm”.