Uşaqlar koronavirusu gizlin daşıyırlar
09.07.2021
Uşaqlarda COVID-19-un xarakterik xüsusiyyətlərindən biri də ilkin mərhələdə koronavirusun digər yoluxucu xəstəliklərin "maskalarının arxasında gizlənməsidir”.
"RİA Novosti”nin məlumatına görə, bu barədə Moskvanın baş pediatrı, Z.A Başlyaeva adına Uşaq Şəhər Klinik Xəstəxanasının baş həkimi İsmayıl Osmanov uşaqlarda koronavirus xəstəliyinin gedişatının xüsusiyyətlərindən danışarkən bildirib.
Onun sözlərinə görə, virus xüsusən bağırsaq infeksiyaları, kəskin cərrahi və ya ürək-damar xəstəlikləri adı altında gizlənir.
Bundan əlavə, uşaqlar COVID-19-u tez-tez asemptomatik və ya az simptomlarla daşıyırlar.
Osmanov bununla belə vurğulayıb ki, bəzi hallarda koronavirusun gedişatı çox ağır ola bilər, hətta xəstəxanaya yerləşdirilmə ilə nəticələnə bilər.