Yəhudilər yenidən Məscid Əl-Əqsaya girdilər
08.07.2021
İsrail polisinin müşayiəti ilə onlarla fanatik Yəhudi işğal altında olan Şərqi Qüdsə gəlib.
DM xarici mediaya istinadən xəbər verir ki, onlar Məscid Əl-Əqsanın Harami-Şərif adlanan bölməsində olublar.
Qüdsün İslam Vəqfləri İdarəsi (İVİ), İsrail polisinin himayəsində olan 122 fanatik Yəhudinin Məscid Əl-Əqsanın cənub-qərbində yerləşən Əl-Məqarib qapısından Harami-Şərif-ə basqın etdiyini açıqlayıb.
Xəbər verilir ki, İsrail polisinin qoruması altında olan Yəhudi qrupu, məscidin həyətlərində gəzdikdən sonra Məscid Əl-Əqsanı tərk etdi.
İVİ-dən bildirilib ki, Yəhudilərin səhər və günortadan sonra Hərəm-i Şərifə gəlməsi tərəflərindən basqın olaraq qiymətləndirilir və bu kimi təxribatlar bölgədə gərginliyin artmasına səbəb olur.