21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Nikol Putindən sonra onun hüzuruna gedəcək

08.07.2021

 Ermənistanın Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Moskvadan sonra növbəti səfəri böyük ehtimalla Fransaya olacaq. Fransa Prezidenti Emmanuel Makron erməni dostunu Parisə dəvət edəcək.

DM xəbər verir ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O deyib ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə müqayisədə özünü Makronla görüşlərdə daha rahat hiss edir:

"Ancaq problem ondadır ki, Ermənistanın təhlükəsizliyi və problemlərinin mümkün həlli Rusiya ilə ittifaqdan asılıdır. Makron sadəcə, quru vədlər verə bilər, çünki Fransanın bölgəmizdəki proseslərə təsir gücü azdır. Ermənistanda keçirilən son rəy sorğuları Fransanın Rusiyanı üstələdiyini göstərir. Ermənilər Rusiyanın ölkələrinə kifayət qədər dəstək vermədiyini düşünür. Moskvanın Bakı və Ankara ilə tərəfdaşlıq münasibətlərindən narahatdırlar. Ancaq bütün hallarda Ermənistanın rəhbərləri real kömək üçün yenə Moskvaya müraciət etmək məcburiyyətindədirlər, çünki pulu, hərbi texnikanı və sərhədlərin qorunmasını sadəcə Rusiya təmin etmək iqtidarındadır. Rusiya isə heç nəyi havayı etmir, qarşılığında daha çox itaət tələb edir”.