Paşinyanın istefasını tələb edən korpus komandiri işdən çıxarıldı
08.07.2021
Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandiri, general-mayor Qriqori Xaçaturov vəzifəsindən azad edilib.
DM-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan Fərman imzalayıb.
Q. Xaçaturov bu ilin fevralında Baş Qərargahın Baş nazir Nikol Paşinyanın istefası tələbini dəstəkləmişdi. Daha sonra o, bəyanatla çıxış edərək, Paşinyan hökumətinin istefaya getməsini tələb etmişdi.
Q. Xaçaturovun atası, keçmiş Baş Qərargah rəisi Yuri Xaçaturov eks-prezident Robert Koçaryanla birlikdə 2008-ci ildə ölkədə konstitusion quruluşun devrilməsi cinayətində ittiham olunur.