21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dirçələn Şuşa türkiyəli yazarın gözü ilə - REPORTAJ

08.07.2021

 Türkiyənin "Hürriyet” saytı Azərbaycanın 30 illik erməni işğalından sonra azad etdiyi tarix, mədəniyyət və sənət şəhəri olan Şuşadan müharibənin izlərinin silinməsi ilə bağlı reportaj təqdim edib.

Məqalədə 1992-ci ilin mayın 8-də Ermənistan tərəfindən işğal olunmuş Şuşanın, 2020-ci ilin noyabrın 8-də şanlı ordumuz tərəfindən azad edilməsi xatırladılır, Azərbaycan tarixinin və mədəniyyətinin rəmzlərinə sahib olan şəhərin regiondakı coğrafi mövqeyinə görə "Qarabağın gözü” kimi xarakterizə olunduğu vurğulanıb:

"Çox sayda tarixi abidələrə sahib, görkəmli elm və mədəniyyət xadimlərinin doğulduğu Şuşadan müharibənin izləri silinir. Şəhərdə infrastrukturun qurulması və yolların bərpası davam edir, həmçinin işçilərin və şəhərə gələn qonaqların qalması üçün hotel açılıb. Xarabalığa çevrilmiş, əksəriyyəti dağılan, bəzilərində isə yalnız divarları qalan tarixi əsərlərin və tikililərin inventarizasiyası aparılıb. Bu strukturların orijinala uyğun olaraq yenidən qurulması üçün işlərə başlanılıb. Son Qarabağ müharibəsində raket və bombalardan zərər görən Şuşadakı kilsə də bərpa olunur”.

TARİX TALANI

Məqalədə bildirilir ki, dağıdılmış və xarabalığa çevrilmiş tarixi abidələrin qeydiyyatını 21 yaşında Şuşanı tərk edən, 29 il sonra isə doğma şəhərinə tarix professoru kimi qayıdan Elçin Əhmədov aparır.

"Mənim böyüdüyüm evi dağıdıblar, ev yox olub. Ermənistan hər şeyi məhv edib, Şuşa tarixini, Azərbaycan tarixini siliblər. Məscidləri tövlə kimi istifadə ediblər, söküblər”, - deyə E.Əhmədov bildirir.

Kapitan Seymur Abdullayev isə şəhəri xilas etdikləri anlardan danışarkən Şuşanın işğaldan qurtarılması ilə bütün üstünlüyün Azərbaycan tərəfinə keçdiyini vurğulayıb:

"Şuşa Qarabağ deməkdir. "Qarabağın gözü” hər yerə hakimdir... Şuşanın azad edilməsində iştirak etdim, gecələr gizlicə sızdıq. Gərgin toqquşmalar oldu, erməni əsgərləri qaçdı”.

 ŞUŞAYA SEVDALI

Azərbaycan əsgərləri ilə könüllü olaraq orduya qoşulan və hazırda da Şuşada xidmət edən Sevda Zülfiqarlı illərdir bu şəhəri azad etmək arzusunda olduğunu deyib.

 "Şuşa alındıqda səhərə qədər sevinc göz yaşları tökdüm”, - deyə o, həmin anları xatırlayarkən bildirib.

 ERMƏNİSTAN MİNA XƏRİTƏLƏRİNİ VERMƏLİDİR

Reportajda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) mütəxəssisləri tərəfindən ərazidə 8000-dən çox partlamamış mərmi, raket, tank əleyhinə və piyada əleyhinə minaların zərərsizləşdirildiyi xatırlanıb, mina döşənmiş vacib yerlərdən birində Azərbaycanı Türkiyəyə ilə bağlayacaq dəmir yolu xəttinin çəkiləcəyi vurğulanıb.

ANAMA-nın əməkdaşı Habil Cəfərov 1760 metr ərazidə 1150 tank əleyhinə və piyada əleyhinə minanın məhv edildiyini deyib.

"Ermənistan dərhal beynəlxalq qanunlara uyğun olaraq minaların xəritəsini təqdim etməlidir”, - deyə o, vurğulayıb.