Bayram Səfərovun oğluna vəzifə verildi
08.07.2021
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.
DM-in məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu.