Etna vulkanı yenidən püskürdü
08.07.2021
İtaliyanın Siciliya adasındakı Etna vulkanı yenidən aktivləşərək lava və kül püskürməyə başlayıb.
DM xarici mediaya istinadən xəbər verir ki, bölgəyə olan uçuşların təxirə salındığını bildirir.
Nəinki Avropanın, dünyanın ən aktiv vulkanlarından olan Etnanın püskürdüyü küllər Kataniya şəhərində hava nəqliyyatını dayandırıb. Uçuşlar ərazi təmizləndikdən sonra yenidən bərpa ediləcək.
Qeyd edək ki, hündürlüyü 3 330 metr olan Etna, Avropada olan ən yüksək və ən aktiv vulkan kimi tanınır.