Koronavirusun qeydə alınmadığı Türkmənistanda vaksinasiya məcburi oldu
08.07.2021
Türkmənistanda 18 yaşından yuxarı vətəndaşların COVID-ə qarşı vaksinasiyası məcburi elan edilib.
TASS xəbər verir ki, artıq ölkəyə Rusiya istehsalı olan "Sputnik V” və "Epivakkoron”, eləcə də Çin istehsalı olan "CoronaVac” peyvəndləri gətirilib.
Qeyd edək ki, Türkmənistanda rəsmi olaraq koronavirusa yoluxma halına rast gəlinməyib.
Bu baxımdan ölkə Şimali Koreya ilə birgə dünyanın nadir dövlətlərindən biridir.