Kanadada istilik dərəcəsi rekord həddə çatdı
07.07.2021
Kanadanın qərb bölgələrini təsiri altına alan və 50 dərəcəyə çatan rekord dərəcədə isti hava şəraiti davam edir.
DM Kanadanın yerli mətbuatına istinadən xəbər verir ki, anomal istilər səbəbindən ölümlər vilayət normasından üç dəfə çoxdur. Son beş gündə isə 486 nəfər ölüb.
Bölgə tibb idarəsinin rəhbəri Lisa Lapionte bildirib ki, istiliyin son 5 günündə ən az 486 ani ölüm hadisəsi baş verib ki, bu da vəziyyətin normal səviyyəsindən üç dəfə çoxdur. Bu səbəbdən təcili tibb işçiləri əhali tərəfindən edilən müraciətlərə adekvat cavab verməkdə çətinlik çəkirlər.
Qeyd edək ki, ölkədə ən son rekord isti 49,9 selsi dərəcə olaraq ölçülüb.