Bu ölkədə səfərbərlik elan olundu
07.07.2021
Tacikistan Prezidenti Emoməli Rəhmon ölkənin Əfqanıstanla sərhəddə yaranmış vəziyyətlə əlaqədar olaraq ehtiyatda olan hərbçilərin səfərbərlik xidmətinə cəlb olunması ilə bağlı sərəncam verib.
DM xəbər verir ki, ölkənin Əfqanıstanla sərhədinin gücləndirilməsinə 20 min nəfərin göndəriləcəyi güman edilir.
Bir sıra mənbələrə görə, hazırda "Taliban” hərəkatının döyüşçüləri Əfqanıstanla Tacikistan arasındakı sərhədin böyük bir hissəsini nəzarətə götürüblər.