21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan və Rusiya arasında səhiyyə sahəsində yeni SAZİŞ

06.07.2021

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev və Rusiyanın səhiyyə naziri Mixail Muraşko "Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi”ni imzalayıblar.

DM xəbər verir ki, sənəd "Rusiya Federasiyası Səhiyyə Nazirliyi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında səhiyyə sektorunda əməkdaşlığın prioritet sahələrinin inkişafına dair 2021-2024-cü illər üçün Yol xəritəsi” barədə məlumatları özündə ehtiva edir.

Yol Xəritəsi əməkdaşlıq sahələrini – infeksion və qeyri-infeksion xəstəliklər; tibb işçilərinin ixtisaslarının təkmilləşməsi; tədqiqat institutları arasında birbaşa əlaqələrin qurulması; elmi tibb müəssisələri və icmalar arasında əlaqələrin qurulması və s. əks etdirir.

Bundan əlavə, Sənəddə tədbirlərin keçirilməsi - tibb və əczaçılıq inkişafı sahəsində məlumat mübadiləsi; prioritet sağlamlıq mövzularında seminarlar keçirərək mütəxəssis mübadiləsi və s. əks etdirilib.

Qeyd edək ki, Yol xəritəsi Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən öz səlahiyyətləri çərçivəsində tərtib edilib. Sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 27 aprel 2021-ci ildə Moskvada imzalanmış 19-cu iclasının Protokolunu həyata keçirmək məqsədi daşıyır.