Rusiyada itən təyyarənin qalıqları tapıldı
06.07.2021
Xilasedicilər Kamçatkada qəzaya uğrayan An-26 təyyarəsinin qalıqlarını aşkar ediblər.
DM xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, landşaftın xarakteri axtarışların aparılmasını çətinləşdirir. İlkin məlumata görə, qəzadan sağ qalan yoxdur. Petropavlovskdan Kamçatkanın Palan kəndinə uçan təyyarə təyinat nöqtəsindən doqquz kilometr aralıda radarlardan itib.
Təyyarədə altı ekipaj üzvü və iki azyaşlı da daxil olmaqla 22 sərnişin olub.