05 04 2025-cu il Bakı 11 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü

06.07.2021

 Baş nazir Əli Əsədov iyulun 6-da Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.