"Maska tələbi ləğv ediləcək" - Boris Conson
06.07.2021
İngiltərə Baş naziri Boris Conson 19 İyulda İngiltərədə tətbiq olunan Covid-19 məhdudiyyətlərinin ləğvi ilə bağlı yeni açıqlamalar verib.
DM xəbər verir ki, Conson "normallaşma" üçün çox qısa bir müddət qaldığını, ancaq pandemiyanın sonunun "çox uzaq" olduğunu da qeyd edib.
Baş nazir bütün müəssisələrin yenidən açılacağını və maska taxmağın məcburiyyət olmayacağını bildirib. Maska istifadəsinin insanların şəxsi məsuliyyəti olacağını və bu mövzuda öz seçimlərini edə biləcəklərini izah edən Boris, gecə klublarının və digər böyük əyləncə mərkəzlərinin bu normallaşmaya daxil olacağını da ifadə edib.