Tacikistan sərhədə 20 minlik qoşun yığdı
06.07.2021
Tacikistanla Əfqanıstan sərhəddində yaranmış gərginlik artmaqdadır.
DM xarici KİV-ə istinadən xəbər verir ki, "Taliban"ın sərhədlərə doğru irəliləyərək qəsəbə və kəndləri nəzarətə götürməsi qonşu ölkədə ciddi narahatlıq yaradıb. Bu səbəbdən də taciklər sərhədə minlərlə hərbçi cəlb ediblər.
TASS-ın yaydığı məlumata görə, Müdafiə Nazirliyi prezident Emoməli Rəhmonun təlimatına uyğun olaraq Əfqanıstanla sərhədin möhkəmləndirilməsi üçün ehtiyatda olan 20 min hərbi qulluqçunun sərhəd ərazilərinə göndərilməsinə qərar verib.