Ukraynadan ETİRAF
06.07.2021
Ukrayna NATO üzvü olacaq, lakin zamana ehtiyac var.
DM xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
"NATO üzvü olana kimi üzümüzü digər ölkələrə çevirməliyik. Dünyada bəzi önəmli ölkələr müxtəlif səbəblərdən bizə silah satmaqdan imtina etdi. Bu, acı həqiqətdir. Lakin Türkiyə, ABŞ və Böyük Britaniya kimi ölkələrlə razılaşaraq hərbi-texniki sahədəki problemlərimizi həll etdik. Heç kim buna inanmırdı. Bu formada Ukraynanı NATO-nun geniş imkanlar proqramı ilə əlaqələndirdik”, - deyə Kuleba bildirib.