Türkiyə İranla ticarəti davam etdirəcək
09.08.2018
Türkiyə İranla enerji ticarətini davam etdirəcək.
"A Haber” xəbər verir ki, bu sözləri Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönmez deyib. Nazir qeyd edib ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar tək tərəflidir: "İran ilə enerji ticarətinə davam edəcəyik. İrandan ildə təxminən 9,5 milyard kubmetr təbii qaz alırıq. Ölkə vətəndaşlarını soyuqda və ya elektrik enerjisiz saxlaya bilmərik. Müqavilə şərtlərinə əsasən bu ticarət davam edəcək. Həmin müqavilənin müddəti 2026-cı ilədək davam edəcək. İran ilə enerji ticarətimiz qanunidir”.
Qeyd edək ki, ABŞ müttəfiq ölkələr və şirkətlərdən bu il noyabrın 4-dək İrandan neft idxalını dayandırmağı istəyib. Birləşmiş Ştatlar İrandan neft idxalına qarşı sanksiyalarda bəzi ölkələrə güzəşt tətbiq etməyi də nəzərdən keçirəcək.