Taliban səfirliklərə hücum etməyəcəyini açıqladı
05.07.2021
Bütün xarici qoşunlar Əfqanıstanı müəyyən olunan zamanda tərk etməlidir.
DM xəbər verir ki, bunu BBC-yə müsahibəsində Talibanın rəsmi nümayəndəsi Süheyl Şahin deyib.
Onun sözlərinə görə, müəyyən olunan tarixdən sonra ölkədə qalan bütün hərbi kontingentlərə işğalçı kimi baxılacaq.
Şahin, həmçinin diplomatların, QHT-lərin və xarici ölkə vətəndaşlarının Talibanın hücumlarının hədəfi olmayacağını və onların müdafiəsinə heç bir ehtiyac olmadığını deyib.