Nigeriyada silahlı insident
05.07.2021
Nigeriyanın iki ayrı bölgəsinə silahlı hücum təşkil edilib.
DM xəbər verir ki, bu barədə Kaduna əyalətinin daxili təhlükəsizlik xidmət rəsmisi məlumat paylaşıb.
Bildirilir ki, naməlum silahlı şəxslər əyalətin Kakau və Tsohon Qaya bölgələrinə hücum ediblər. Nəticədə 7 nəfər ölüb, xeyli insan yaralanıb.