Moskva BMT TŞ-nin genişlənməsinə qarşı çıxdı
05.07.2021
Rusiya kollektiv Qərbin hesabına BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinin birbaşa əleyhdarıdır.
DM xəbər verir ki, bunu Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin rəhbərinin müavini Dmitri Polyanski deyib.
"Biz deyirik ki, Təhlükəsizlik Şurasında istənilən reform maksimal geniş dəstək qazanmalı və Təhülkəsizlik Şurasının tərkibinin daha balanslı olmasına gətirib çıxarmalıdır. Biz BMT Təhlükəsizlik Şurasının kollektiv Qərbin hesabına genişlənməsinə qarşı çıxırıq. Buraya Almaniya və Yaponiya da aiddir”, – deyə o bildirib.
Polyanski TŞ-nin tərkibinə özəlliklə inkişafda olan ölkələrin qatılmalı olduğunu deyib.