21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Elnur Allahverdiyevin AÇIQLAMASI

02.07.2021

 "Bəzi dövlət orqanlarında yeni rəhbərin gəlişi ilə əvvəlki kollektiv səbəbsiz işdən çıxarılır”. 

Bu barədə deputat Elnur Allahverdiyev Milli Məclisdəki çıxışında deyib. 

O bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli islahatlar həyata keçirilir. Bu islahatların çox mühüm istiqaməti rəhbər vəzifələrə yeni, müasir düşüncəli və təhsilli gənc kadrların təyin olunmasıdır. 

"Dövlətimizin hərtərəfli inkişafı yeni dünyagörüşünə malik, dünyada baş verən siyasi, iqtisadi tendensiyalardan xəbərdar olan kadrlardan asılıdır. İqtisadiyyat, sosial həyat, təhsil sahəsindəki uğurlarımız göz qabağındadır. 

44 günlük Vətən müharibəsində gənc zabitlərimizin taleyüklü anlarda verdikləri qərarlar parlaq qələbəmizin mühüm səbəblərindəndir. Başqa sözlə, inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuş dövlətimiz üçün yeni təfəkkürlü idarəetmə sistemi labüddür. Ancaq bəzi hallarda yeni kadrın təyinatı ilə dövlət orqanlarında əvvəlki kollektivin səbəbsiz işdən azad edilməsi problemi yaşanır. Mən deyərdim ki, bir çox hallarda yeganə səbəb azad olunmuş kadrın yaşının yeni təyin olunmuş rəhbərin yaşından çox olmasıdır. 

Söhbət 50, 55, 58 və s. yaşdan gedir. Bu yaşda olan, müəyyən təcürbəyə malik kadrlar işdən çıxarılır, mövcud durumu, pandemiya səbəbindən iqtisadiyyatımızın qarşılaşdığı problemləri nəzərə alsaq, faktiki olaraq işsiz qalırlar. Pensiya vaxtına isə hələ bir neçə il var. Bu şəxslər ailə başçısıdırlar, yaşlarının ən məsuliyyətli anını yaşayırlar, övladları təhsil alır, qızları, oğulları ailə həyatı qurmalıdırlar. Və belə bir anda dəstəyinə ehtiyac duyulan valideyin işsiz qalır. Fikrimcə, həmkarlarım mənimlə razılaşar ki, bu, kifayət qədər ciddi məsələdir və diqqətimizdən kənarda qalmamalıdır”.