21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şuşa Bəyannaməsinin ardınca sürətli səfərlər

02.07.2021

 Bu ilin noyabr ayında Türk Şurasının İstanbulda keçiriləcək 8-ci Zirvə görüşünə Türkmənistan prezidenti də şəxsən qatılacaq. Zirvə görüşünə ciddi hazırlıq gedir.

DM xəbər verir ki, iyun ayının 15-də Türkiyə və Azərbaycan prezidentlərinin Şuşa Bəyannaməsini imzalamasından sonra türk dünyasında diplomatik aktivlik müşahidə olunur. Belə ki, 16 iyunda Türk Şurasının Baş katibi Bağdad Amreyev Şuşa Bəyannaməsi haqqında rəsmi şəkildə bəyanat yaydı. 20 iyunda Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdinin Bakıya, 28 iyunda Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarovanın Macarıstana, 30 iyunda Bağdad Amreyevin Türkmənistana, 30 iyunda Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Qırğızıstana səfəri baş tutub.

Bugün isə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Bakıya gəlib.

Sadalanan səfərlər fonunda İstanbuldakı Zirvə görüşündə türk dünyasının gələcəyinə təsir edəcək 4 önəmli qərarın qəbulunu ehtimal etmək mümkündür:

- Şuşa Bəyannaməsinin genişləndirilmiş şəkildə Türk Şurasının ümumi sənədi kimi qəbulu;

- Macarıstanın təşkilatın tamhüquqlu üzvü olması;

- Türkmənistanın xüsusi bir statusla təşkilata üzvlüyü;

- Türkiyədən başqa digər türk dövlətlərinin də Şuşada konsulluq açması...