Bakıda iki gün AVRO-2020-yə görə açıq hava tamaşaları keçiriləcək
01.07.2021
Bu gün və sabah Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında açıq hava teatrı təşkil olunacaq.
DM xəbər verir ki, tamaşanın nümayişində məqsəd AVRO-2020 həyəcanını fərqli aspektdən göstərmək və hər kəsdə unudulmaz, xoş təəssürat yaratmaqdır.
Tamaşada danimarkalı yazıçı, "böyük nağılbaz” Hans Kristian Andersenin, xüsusilə, azyaşlı oxucular tərəfindən çox sevilən "Düyməcik” və "Qar kraliçası” əsərlərindən hissələr nümayiş olunacaq. Personajları səhnədə Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları canlandıracaq.
Saat 21:00-da başlayacaq tədbir saat 23:00-a qədər davam edəcək. Tamaşaya giriş ödənişsiz olacaq.
Qeyd edək ki, iyulun 3-də məşhur yazıçının həmyerliləri Bakı Olimpiya Stadionunda Çexiya millisinə qarşı 1/4 final görüşünə çıxacaqlar.