Yay mövsümündə günvurma diaqnozu ilə həkimə müraciət edənlərin sayı AÇIQLANDI
01.07.2021
"Mövsüm başlayandan bu günə qədər Bakı Şəhər Təcili Tibbi Yardım xidmətinə günvurma ilə bağlı 19 müraciət daxil olub”.
Bu sözləri Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva Səhiyyə Nazirliyinin canlı yayımında çıxışı zamanı deyib.
O bildirib ki, müraciətlərdən yalnız 7-si stasionar müalicəyə yönləndirilib:
"12 nəfərə yerində yardım göstərilib. 19 nəfərdən cəmi 7-si uşaq olub və onlardan ikisi xəstəxanaya yerləşdirilib. Hələ ki, ölüm faktı qeydə alınmayıb. Lakin orta-ağır və ağır vəziyyətdə günvurma zamanı ürəkdə problem, tənəffüs çatışmazlığı eləcə də böyrək problemləri yarana bilir. Bu kimi hallarda təcili həkim müdaxiləsi olmazsa, təbii ki, hadisə ölümlə nəticələnə bilər”.