21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Həkimdən “Delta” ştammı AÇIQLAMASI

01.07.2021

"Delta” ştammı Azərbaycanda aşkarlansa, Nazirlər Kabineti yanında operativ qərargah nisbətən sərtləşmələrə gedə bilər.

Bunu "ARB 24”ün "Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.

O bildirib ki, "Delta” ştammı ölkədə aşkarlansa, COVID-19-a qarşı aparılan profilaktik tədbirlər icra edilməlidir:

"Yay aylarıdır deyə insanlar xaricə, istirahət məkanlarına üz tuturlar. Bu da "Delta” ştammına yoluxma riskini artırır və bu ştammın ölkəmizə ayaq açmasına zəmin yaradır. Əgər ölkəmizdə o, aşkarlanarsa və gündəlik yoluxmaların sayında əhəmiyyətli dərəcədə artım olarsa, yəqin ki, operativ qərargah nisbətən sərtləşmələrə gedə bilər. Müəyyən dərəcədə məhdudiyyətlər tətbiq ediləcək. Yoluxmadakı son 3 artımdan sonra tətbiq edilən sərt karantin tədbirlərini təhlil etsək, görərik ki, azalmalar bu tədbirlərin hesabına baş verib.

Digər həssas məqam isə odur ki, sentyabrdan artıq tədris bərpa edilir. Əgər "Delta” ştammı aşkarlanarsa, bu, ənənəvi tədrisin tətbiqində məhdudiyyətlərə səbəb olacaq”.