Ərdoğan: “50 milyon dozanı keçdik”
01.07.2021
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus peyvəndinin geniş tətbiqi ilə bağlı açıqlama verib.
Bu barədə o "Twitter” hesabında yazıb.
"Koronavirus pandemiyasına qarşı mübarizədə ən təsirli silahımız olan peyvəndlənmədə şükürlər olsun ki, 50 milyon dozanı keçdik. Xeyirli, uğurlu olsun”, - deyə o qeyd edib.
Ərdoğan bildirib ki, Türkiyənin güclü səhiyyə sistemi, tibb sahəsində çalışanların səyləri və millətin həssas yanaşması ilə birgə yaxın zamanda yerli peyvənd TURKOVAC-la da COVID-19-a qarşı mübarizə daha güclü formada davam edəcək:
"Türkiyəni daha sağlam sabahlara daşıyacağıq”.