Ermənistanda növbəti qalmaqal
01.07.2021
Ermənistanın Məhkəmə departamenti ətrafında yeni qalmaqal yaranıb.
Bu barədə "Joxovurd” nəşri yazıb.
Nəşr qeyd edir ki, 10 hakimin kabinetində "juçok”lar (dinləmə cihazı) quraşdırılıb və Məhkəmə Departamentinin rəhbəri Karen Poladyan da bundan xəbərdar olub.
Dinlənilən hakimlər Robert Papoyan, Nelli Baqdasaryan, Anna Danibekyan, Serjik Avetisyan, Tiqran Poladyan, Qevork Nərimanyan, Vazqen Rştuni, Mxitar Papoyan, David Qriqoryan və Manuk Markaryan olub.
Sözügedən hakimlərdən bəziləri Ermənistanda səs-küylü cinayət işlərinə baxıblar. Məsələn Anna Danibekyan və David Qriqoryan ikinci prezident Robert Koçaryan barəsində məhkəmə işinə baxıblar.