21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Avropa çempionatında üç qadın boksçumuz mübarizə aparacaq

01.07.2021

 İyulun 3-də Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyi start götürəcək.

DM xəbər verir ki, doqquz gün davam edəcək çempionatda Azərbaycan həm oğlanların, həm də qızların yarışında mübarizə aparacaq.

Oğlanlardan ibarət komandamız birincilikdə 11 boksçu ilə təmsil olunacaq. Baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Vüqar Məmmədovun rəhbərliyi altında Tofiq Quliyev (-46 kq), Kənan Babayev (-48 kq), Ənəs Ağayev (-50 kq), Mahir Süleymanov (-52 kq), Məhəmmədəli Qasımzadə (-54 kq), Nadir Məlikov (-57 kq), Fuad Babayev (-60 kq), Fərhad Şeydayev (-63 kq), Ziya Həsənov (-66 kq), Lətif Həsənov (-70 kq) və Eldar Əsədli (+80 kq) qüvvəsini sınayacaq.

Qızların yarışında isə yığmamız baş məşqçi Elbrus Rzayevin deyil, böyük məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında gücünü yoxlayacaq. Çempionatda ölkəmizin idman şərəfini Lilya Platova (-54 kq), Emili Rzayeva (-63 kq) və Ayna Rüstəmova (-66 kq) qoruyacaq.

Boksçularımız artıq Tbilisiyə yollanıblar. Yarışda 30 ölkədən 339 boksçunun (224 oğlan, 115 qız) iştirakı gözlənilir.

Qeyd edək ki, Avropa birinciliyinin püşkü sabah atılacaq. Final görüşləri isə ayın 11-də baş tutacaq.