Akar Tacikistanda
01.07.2021
Ankara Düşənbə ilə müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sferasında əməkdaşlığın dərinləşdirilməsinə hazırdır.
DM xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar Tacikistan müdafiə naziri Şirəli Mirzə ilə görüşü zamanı deyib.
O, həmçinin Türkiyənin Tacikistanla sərhədlərinin təhlükəsizliyinin təminatı və terrorizmlə mübarizə sahəsindəki təcrübəsini bölüşməyə hazır olduğunu bildirib.
Akar Tacikistanın Türkiyənin Mərkəzi Asiyadakı vacib tərəfdaşlarından biri olduğunu söyləyib.
Qeyd edək ki, Akar bundan öncə Qırğızıstanda səfərdə idi.