İmran Xandan tarixi çıxış
01.07.2021
Pakistan və ABŞ sülh üçün partnyor ola bilər, müharibə üçün yox!
DM xəbər verir ki, bu sözləri Pakistan Baş naziri İmran Xan deyib.
O, Pakistan və ABŞ-ın Əfqanıstana qarşı müharibə başlatmaması gərəkdiyini bildirib:
"ABŞ üçün baza yaradılması məsələsində mənə müraciət edildi. ABŞ Əfqanıstanda məğlub oldu və bu məğlubiyyətin günahını bizim üstümüzə atmağa çalışdılar. Pakistan suverenliyi məsələsində güzəştə getməyəcək”.
Qeyd edək ki, Pakistan ABŞ-ın Əfqanıstandan ordunu çıxarmaq üçün bu ölkədə baza qurmaq təklifini qəbul etməyib.