Türkiyədə karantin qadağaları yumşaldıldı
01.07.2021
Türkiyədə iyulun 1-dən etibarən karantin qadağaları yumşaldılır.
"Hürriyet” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlayıb.
Yeni qaydalara görə futbol oyunları izləyicilərin iştirakı ilə keçiriləcək.
Gecə saatlarında (24:00-dan sonra) əyləncə məkanlarında musiqi qadağası qaldırılır.
Eyni zamanda, gözəllik salonları, kafelər və restoranlar kimi iş yerlərində qəzet istifadəsinə də icazə veriləcək.
Türkiyəli nazir bildirib ki, bütün qadağaları qaldırmağın tərəfdarıyıq.