Kanadada anomal istilər onlarla insanın ölümünə səbəb oldu
30.06.2021
Son iki gündə Kanadanın müxtəlif şəhərlərində yüzdən çox insan anomal istilərdən vəfat edib.
Bu barədə CBC kanalı yerli polisə istinadla xəbər verib.
Hüquq mühafizə orqanlarının əməkdaşlarının verdiyi məlumata görə, son 48 saat ərzində Vankuver, Barnabi və Surrey şəhərlərində əksəriyyəti təqaüdçü olan 100-dən çox vətəndaşın qəfil ölümü barədə məlumat daxil olub. Ehtimal olunur ki, ölüm halları havanın anomal yüksək temperaturu ilə əlaqədardır.
Qeyd edilir ki, 27 və 28 iyun tarixlərində Litton şəhərində yüksək temperatur qeydə alınıb ki, bu da tarixi maksimuma (49 dərəcə) çatıb. Kanadanın digər əyalətlərində termometrlər 40-45 dərəcəni göstərib.