Sabaha olan hava proqnozu açıqlandı
30.06.2021
İyulun 1-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25, gündüz 29-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 1-də Abşeron yarımadasında isti hava şəraiti fonunda arabir güclənən xəzri küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.