Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay ermənilər tərəfindən ciddi çirklənməyə məruz qalıb.
Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən çayın sənaye tullantıları ilə çirklənməsi nəticəsində su yararsız hala düşüb, canlılar məhv olub.
Araz çayının Azərbaycanda əkin sahələrinin suvarılması üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alsaq, onun məişət və kənd təsərrüfatı ehtiyacları üçün istifadəsi son dərəcə mənfi nəticələrə səbəb ola bilər.
Maraqlıdır ki, Ermənistanda mədənçıxarma sektorunda fəal iştirak edən "CRONIMET” alman şirkəti ekostandartlara riayət olunması barədə bəyanatlara baxmayaraq, çirklənmiş Oxçuçayın ətraf mühitə təsirini nəzərə almayıb.
Mütəxəssislər bu halın yalnız Azərbaycanın deyil, ümumilikdə region ölkələrinin ekologiyasına zərər vurduğunu deyirlər. Yəni bu gün Ermənistan bütün bölgə üçün ciddi təhlükəyə çevrilib. Beynəlxalq qurumlar isə digər ölkələrdən qaydalar tələb etdiyi halda, Ermənistana gələndə susur. Xüsusən də özünü Avropa standartlarının carçısı kimi təqdim edən Almaniyanın "CRONIMET” şirkətinin nümunəsində.