Ermənistanda susuz qalan kəndlilər yolu bağladılar
29.06.2021
Ermənistanda Şirak vilayətinin bir neçə kəndinin sakinləri İrəvan-Gümrü magistral yolunun Beniamin kəndi yaxınlığındakı hissəsini bağlayıblar.
"Sputnik Ermənistan” xəbər verir ki, kənd sakinləri səlahiyyətlilərdən suvarma suyunun təchizatı ilə bağlı məsələnin təcili həll edilməsini tələb edirlər.
Onların fikrincə, isti hava və yağışın olmaması kənd təsərrüfatına xeyli ziyan vurur. Bu məhsulun həm keyfiyyətinə, həm də miqdarına təsir göstərə bilər.
Hazırda ərazidə vəziyyət gərgin olaraq qalır.