ABŞ vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırdı
29.06.2021
ABŞ Dövlət Departamenti vətəndaşlarına Rusiya Federasiyasına getməməyi tövsiyə etdi.
DM xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd edilir ki, terrorizm təhlükəsi, Rusiya hüquq-mühafizə orqanları işçilərinin təqibləri, səfirliyin Rusiyadakı ABŞ vətəndaşlarına kömək etmək imkanlarının məhdudlaşdırılması səbəbindən bu ölkəyə səfər etmək məsləhət bilinmir.