21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyəyə müalicəyə göndərilən bir qrup qazi Vətənə geri qayıdıb

28.06.2021

Türkiyəyə göndərilən daha dörd qazimiz sağalaraq vətənə geri dönüb.

Bu barədə "YAŞAT” Fondu tərəfindən məlumat verilib.

Bildirilib ki, ağır yaralanan və müalicə üçün "YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən dörd qazimiz; Nurəliyev Rauf Bəhman oğlu, Musayev Gündüz Sabir oğlu, Abdurrəhmənov Nicat İlqar oğlu, Muradov Turan Xudat oğlu sağalaraq Azərbaycana geri dönüblər.

Onların Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Qarşıdakı aylarda onların müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də "YAŞAT” Fondu tərəfindən təmin edilib.

Fond tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 56 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

"YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Xatırladaq ki, "YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.