Türkiyənin Milli Müdafiə Nazirliyindən Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik
26.06.2021
Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Ordusunu və Silahlı Qüvvələrin bütün şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib.
Bununla bağlı təbriki hərbi qurum özünün "Twitter” hesabından paylaşıb.
"Azərbaycanlı qardaşlarımızın asayiş və təhlükəsizliyi üçün qəhrəmanlıqla və fədakarlıqla xidmət edən, Bütöv Vətən hərəkatı ilə Qarabağda doğma torpaqlarını işğaldan azad edən qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin bu xüsusi gününü təbrik edirik və hörmətlə salamlayırıq” , - deyə təbrikdə bildirilib.