Aliment tutulmasına dair qanunvericilikdə dəyişiklik
25.06.2021
Məhkəmələrdə aliment tutulmasına dair işlərə iki ay müddətində baxıla bilər.
DM-in məlumatına görə, bu barədə məlumat Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklərdə qeyd olunub.
Belə ki, Məcəllənin 172-ci maddəsinə təklif edilən dəyişikliklərlə işə bərpa, aliment tutulmasına dair işlərə 2 ay müddətində baxıla bilər (mövcud qanunvericiliklə - 1 aya qədər), ipoteka müqaviləsindən irəli gələn mübahisələrə və iflas haqqında işlərə 3 ay müddətində , digər mübahisələrə dair işlərə 4 ay müddətinə baxıla bilər (mövcud qanunvericiliklə - 3 aya qədər).
Didər dəyişikliklə işdə iştirak edən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu məcəllə ilə nəzərdə tutulan müddət məhkəmənin əsaslandırılmış qərardadı ilə 2 aydan artıq olmayan müddətdə uzadıla bilər.