Çingiz Hüseynzadə: “Prezidentin idmançılara müraciəti olacaq”
25.06.2021
"Əvvəlki Olimpiadalardan fərqli olaraq, Tokioya çarter reysi ilə getmək mümkün olmayacaq. Bu da pandemiya şəraiti ilə bağlıdır”.
DM xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.
Onun sözlərinə görə, bu dəfə rəsmi yolasalma mərasimi olmayacaq:
"Dünən Cənab Prezidentlə danışdım. Qərara gəldik ki, belə şəraitdə yolasalma mərasimi keçirilməsin. Amma Prezidentin televiziya vasitəsilə idmançılara müraciəti olacaq”.
Qeyd edək ki, Tokio Olimpiadası 21 iyulda start götürəcək.