Lukaşenkonun həbs etdirdiyi jurnalist barəsində qərar verildi
25.06.2021
NEXTA Teleqram kanalının bir müddət öncə həbs edilmiş keçmiş baş redaktoru Roman Protaseviç ev dustaqlığına buraxılıb.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Protaseviç mayın 23-də "Ryaneyr” aviaşirkətinin təyyarəsinin məcbur endirilməsindən sonra Belarus xüsusi xidmət orqanları tərəfindən həbs edilib.
Bildirək ki, Minskin bu addımı Avropa Birliyinin kəskin reaksiyasına səbəb olmuşdu. Belə ki, bununla da Minskə qarşı sanksiyalar dalğası başlamış və bəzi ölkələr Belarus üzərindən uçuşları dayandırmışdı.